Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərən şəxs yaxalandı

25.12.2018

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd göstərən şəxs cinayət başında yaxalanıb.

Dekabrın 25-də saat 03.26 radələrində Gəncə şəhəri ərazisindəki notariat kontorlarının birindən Gəncə Regional Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən  oranın pəncərə şüşəsinin sındırılması aşkar edilib və oğurluğa cəhd göstərən şəxs yaxalanıb.

Nizami (Gəncə) Rayon  Polis İdarəsinə təhvil verilən şəxsin Göygöl rayon sakini Etibar Hüseynov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

25.12.2018 tarixinə olan kriminal məlumatlar