Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik satanlar cinayət başında yaxalandı

25.12.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik satan şəxs cinayət başında yaxalanıb.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hindarx qəsəbə sakini Elman Səmədov çəkisi 2 kiloqramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb.

Əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları şəhər sakini Zaur Əlizadədən 430 qram,  4-cü Polis Bölməsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əsgərovdan 325 qram marixuana götürüblər.
Araşdırma aparılır.

25.12.2018 tarixinə olan kriminal məlumatlar