Əcnəbi vətəndaşa məxsus çantadan pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
25.12.2018Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də əcnəbi vətəndaşa məxsus çantadan içərisində 100 manat, bank kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini olan bir yeniyetmə və Lənkəran rayon sakini Elmar Mirizadə saxlanılmışdır.