Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ramiz Abdullayev saxlanılmışdır
25.12.2018Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Badamdar qəsəbəsi ərazisində tikilməkdə olan evlərin birindən inşaat materialları və elektrik təmir alətlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramiz Abdullayev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun cari il iyulun 7-dən dekabrın 12-dək olan müddətdə rayon ərazisində 1 sexdən təmir-tikinti alətləri və elektrik naqili, 1 evdən isə 1050 metr elektrik naqili və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.