Gün ərzində 127 cinayət faktı qeydə alınmışdır
12.11.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 127 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılmışdır.