Axtarışda olan Rizvan İbrahimov saxlanılmışdır
12.11.2018Xəzər RPİ 2-ci PŞ və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan və əvvəllər də eyni maddə ilə məhkum olunmuş Rizvan İbrahimov saxlanılmışdır.
Onun Binə qəsəbəsindəki evinə baxış zamanı isə 189,415 qram heroin, 4,497 qram tiryək, 9,899 qram marixuana və 37 ədəd metadon aşkar edilərək götürülmüşdür.