Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İbrahim İbrahimov avtomobillə birlikdə saxlanılmışdır
12.11.2018Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisindən qəsəbə sakini Elxan Heydərovun “VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İbrahim İbrahimov noyabrın 11-də Zabrat qəsəbəsi ərazisində avtomobillə birlikdə saxlanılmışdır.