Quldurluq etməkdə şübhəli bilinənlərdən Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılmış, digərinin isə şəxsiyyəti müəyyən edilmişdir
12.11.2018Noyabrın 11-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Masallı rayon sakini Rahib Qənbərova bıçaqla xəsarət yetirib 170 manatını almışdır. R.Qənbərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlərdən Biləsuvar rayon sakini Vüqar Həsənov saxlanılmış, digərinin isə şəxsiyyəti müəyyən edilmişdir.
Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.