Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb

16.10.2018

Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.  

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.

Araşdırma aparılır.