Sabunçu rayonunun Nardaran qəsəbə sakini H.Məmmədov tapdığı tüfəngi könüllü olaraq polisə təhvil vermişdir
16.10.2018Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində oktyabrın 16-da Sabunçu rayonunun Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Həsən Məmmədov tapdığı “İJ” markalı tüfəngi könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.