Lənkəran rayon sakini olan azyaşlını idarə etdiyi avtomobillə vurub hadisə yerini tərk etməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü İ.İsayev saxlanılmışdır
16.10.2018Oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini – azyaşlı Mirəziz Camalzadə vurulmuşdur. Nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Astara şəhər sakini İskəndər İsayev saxlanılmışdır.
Araşdırma aparılır.