Oktyabrın 11-də paytaxt sakini olan bir qadının çantasından pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü saxlanılıb
16.10.2018Xətai RPİ 35-ci PB və 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də paytaxt sakini olan bir qadının çantasından 50 manat oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.