Astara rayonu ərazisindəki 3 evdən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən E.Hüseynov saxlanılmışdır
16.10.2018Kriminalistik Tədqiqatlar İdarəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-dan oktyabrın 11-dək olan müddətdə rayon ərazisindəki 3 evdən qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.