Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hər iki cinayətin üstü açıldı

15.10.2018

Oktyabrın 10-da Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.

Bakı şəhər sakini olan qadın həmin gün saat 12 radələrində Cavadxan küçəsindəki evin girişində naməlum şəxsin onun içərisində 530 manatı və sənədləri olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Kürdəmir rayon sakini, əvvəllər də oğurluq, mənimsəmə və narkotiklərlə əlaqədar cinayətlərə görə  məhkum olunmuş Şahin Kərimov olduğu məlum olub.

Ş.Kərimovun törətdiyi digər cinayət əməlinin də üstü açılıb. Onun oktyabrın 14-nə keçən gecə Nəsimi rayonu ərazisindən Oleq Milkinin “Zontes” markalı motosikletini qaçırdığı da polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırma aparılır.