Bərdə rayonunun Böyük Göyüşlü kənd sakini S.Tapdıqbəyli ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Y.Kərəmliyə xəsarət yetirmiş və nəticədə sonuncu hadisə yerində ölmüşdür
15.10.2018Oktyabrın 15-də Bərdə rayonunun Böyük Göyüşlü kəndi ərazisində kənd sakinləri Sadiq Tapdıqbəyli və Yaşa Kərəmli ov edərkən S.Tapdıqbəyli ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə Y.Kərəmliyə xəsarət yetirmiş və nəticədə sonuncu hadisə yerində ölmüşdür.
S.Tapdıqbəyli Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.