Mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Səbuhi Cabbarov saxlanılmışdır
15.10.2018Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da şəhər ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Cabbarov saxlanılmışdır.
Onun oktyabrın 12-dən 14-dək olan müddətdə şəhər ərazisində daha iki nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir.