Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
15.10.2018Oktyabrın 15-də saat 20 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramal Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Vitaliy Anaşkini vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.