Gün ərzində 105 cinayət faktı qeydə alınmışdır
09.10.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınmış, onların da 20-Si “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır.