Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Elnur Yaqubov saxlanılmışdır
09.10.2018Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 8-də rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Yaqubov saxlanılmışdır. Ətrafında keçirilmiş tədbirlərlə onun sentyabr ayı ərzində Binə qəsəbəsindəki 2 evdən ümumilikdə 900 metr elektrik naqili oğurlaması da müəyyən edilmişdir.