Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşınları qaçıranlar saxlanılıblar

09.10.2018

Oktyabrın 8-də saat 23 radələrində Quba rayon sakini Elvin Məmmədovun “VAZ-2103” markalı avtomobilinin Birinci Nügədi kəndi ərazisindən qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qısa müddətdə avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Pərviz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil onun həyətində aşkar edilib.

Cari il avqust ayının 2-dən oktyabr ayının 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun “Chevrolet” markalı avtomobilinin  oğurlanması barədə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rəfayel Şərifli olduqları müəyyən edilib. 
Faktlarla bağlı araşdırmalar aparılır.