Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobillərdən oğurluq edənlər saxlanılıb

09.10.2018

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciətlər daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “İsuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.