Kəpəz rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən A.Məhərrəmov saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
26.09.2018Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 25-dən cari il avqustun 18-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Asim Məhərrəmov saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.