Saatlı rayonunun Qazanbatan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2018Sentyabrın 25-də saat 23 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində Dəqə Qorqud kənd sakini İlqar Rəşidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanmış Saatlı şəhər sakini Əfsər Hacıyevə məxsus “QAZel” markalı avtomobilə vurmuş və nəticədə “QAZel” yolun kənarındakı su arxına aşmışdır. Həmin vaxt bu nəqliyyat vasitəsini təmir edən Çolpı kənd sakini Təbriz Bayramov zərbənin təsirindən hadisə yerində ölmüşdür.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.