Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2018Sentyabrın 26-da saat 9 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şirvan şəhər sakini Fariz Muradov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış Şaban İsayevə məxsus “Ford” markalı avtomobilə vurmuşdur. Nəticədə F.Muradov və sərnişinləri - Ağcabədi rayon sakini Sahib Əliyev və Şirvan şəhər sakini Elxan Novruzov xəstəxanaya yerləşdirilmiş, S.Əliyev orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.