Salyan şəhərinin ərazisində "Mercedes" və "NİVA" markalı avtomobillər toqquşmuşdur
26.09.2018Sentyabrın 26-da saat 17 radələrində Salyan şəhərinin ərazisində şəhər sakini Hikmət Əliyevin idarə etdiyi “Mercedes” və Neftçala rayon sakini Rafət Həsənlinin idarə etdiyi “NİVA” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Həsənli hadisə yerində ölmüş, sərnişinlərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.