Münaqişə zəminində Daşkəsən rayon sakini A.İsayevə bıçaqla ölümcül xəsarət yetirmiş Şəmkir rayon sakini B.Qasımov polisə gələrək cinayəti törətməsini bildirib
15.09.2018Sentyabrın 15-də Şəmkir rayon sakini Bahadur Qasımov Rayon Polis Şöbəsinə gələrək Gəncə şəhərindəki evində Daşkəsən rayon sakini Asif İsayevi bıçaqla qətlə yetirdiyini bildirib.
B.Qasımov aidiyyəti üzrə Kəpəz RPİ-nin əməkdaşlarına təhvil verilib. Araşdırmalarla onun həmin gün münaqişə zəminində A.İsayevə bıçaqla xəsarət yetirib qətlə yetirməsi müəyyən edilib.