Şirvan şəhərinin M.Əsədov küçəsində yol-nəqliyyat hadisəsi
15.09.2018Sentyabrın 15-də saat 19 radələrində Şirvan şəhəri M.Əsədov küçəsində şəhər sakini İmran Əhədov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Güldəstə Abışovanı vurmuş və idarəetməni itirdiyindən avtomobil aşmışdır. Nəticədə piyada hadisə yerində ölmüş, sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.