Ağdaş şəhəri ərazisindəki şirkətlərin birindən 1700 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
15.09.2018Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də şəhər ərazisindəki şirkətlərin birindən 1700 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini İsgəndər Zərbalıyev, Gürcuva kənd sakini Nurlan İsrayılov və Yevlax rayon sakini Rasim Xəlilov saxlanılmışlar.
Faktla əlaqədar cinayət işi başlanmışdır.