Kəpəz rayonu ərazisində 8 həyətyanı sahədən 135 ev quşu və inşaat materialı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
15.09.2018Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 8 həyətyanı sahədən ümumilikdə 135 ev quşu və inşaat materialı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Mərdanov və Tural Rzayev saxlanılmışlar.