Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində mağazadan məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Z.Fərəcov saxlanılmışdır
14.08.2018Avqustun 14-də saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzlərinin birində Bakı şəhər sakini S.Bayramova məxsus mağazadan məişət əşyaları oğurlanmışdır.
Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Fərəcov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilmişdir.