Nəsimi rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən T.Purdari saxlanılmışdır
14.08.2018DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Nəsimi RPİ 19-cu PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il mayın 10-da Nəsimi rayonu ərazisindəki mağazaların birindən 50 manat pul, tütün məmulatı və sərinləşdirici içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini , əvvəllər məhkum olunmuş Tuqay Purdari saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 7-də Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Əzimovla birgə Abşeron rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə R.Əzimov da saxlanılmışdır.