Oğurluq etdiyinə görə tutulmuş Ə.Əhmədlinin digər şəxslə birgə Sabirabad rayonu ərazisindəki mağazaların birindən və avtomobillərin təmiri sexindən də oğurluq törətməsi müəyyən edilmişdir
14.08.2018Oğurluq etdiyinə görə tutulmuş Əziz Əhmədlinin ətrafında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rahib Quliyevlə birgə rayon ərazisindəki mağazaların birindən soyuducu, danışıq kartları, tütün məmulatı və məişət əşyaları, habelə avtomobillərin təmiri sexindən 150 manat pul, sərinləşdirici içki, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat tədbirləri ilə R.Quliyev saxlanılmışdır.