Avqustun 12-də Abşeron rayonu ərazisində idarə etdiyi avtomobillə piyadanı vurmaqda şübhəli bilinən ”KamAZ” markalı avtomobilin sürücüsü X.Daşdıyev saxlanılmışdır
14.08.2018Avqustun 12-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılmışdır.