Xəzər rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən R.Məmmədov saxlanılmışdır
14.08.2018DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il iyunun 22-də rayon ərazisindəki evlərin birindən 400 manat pul və 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılmışdır.