Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini A.Mustafayevaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakinləri E.Səlimov və A.Baratov saxlanılmışlar

14.08.2018

Xətai RPİ 36-cı PB, Suraxanı RPİ 33-cü PB və Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini A.Mustafayevanın içərisində 50 ABŞ dolları və 90 manat pul, habelə 750 manat dəyərində qızıl əşyalar olan sellofan torbasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri Emin Səlimov və Aleksandr Baratov saxlanılmışlar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Suraxanı rayonu ərazisindən 4 velosiped, habelə 1 evdən istilik radiatoru və avtomobildən 50 manat pul oğurlamaları da müəyyən edilmişdir.

14.08.2018 tarixinə olan kriminal məlumatlar