Balakən rayonu ərazisindəki evlərin birindən qızıl əşyaları oğurlamaqda şübhəli bilinən F.Bürcalıyev saxlanılıb
03.08.2018Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Bürcalıyev saxlanılmışdır. Onun daha 2 evdən ümumilikdə 800 manat və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.