Bərdə rayon sakini S.Balayevə məxsus “QAZel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmkəndlisi Ə.Namazov saxlanılıb
03.08.2018Avqustun 4-də saat 1 radələrində Bərdə rayonunun Gərənə kəndi ərazisindən kənd sakini Sənani Balayevə məxsus “QAZel” markalı avtomobil qaçırılmışdır.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən həmkəndlisi Əlvan Namazov saxlanılmışdır.