Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.08.2018Avqustun 3-də saat 2 radələrində Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi “KİA” markalı avtomobili aşırmışdır. Nəticədə 4 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Vüsal İsifov orada ölmüşdür.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.