Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki mağazalardan birinin satıcısına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən C.Talıbov saxlanılıb
03.08.2018Avqustun 2-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki mağazalardan birinə gəlmiş naməlum şəxs satıcı M.Şahbazovaya zor tətbiq edib kassadan 10 manat pul aparmışdır.
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Talıbov saxlanılmışdır.