Xırdalan şəhər sakini P.Həbibovun qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülməsi nəticəsində ölməsi müəyyən edilmişdir
29.06.2018İyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış araşdırmalarla onun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.Araşdırmar aparılır.