Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qax rayonunun Tanqıt kəndi ərazisində yol-nəqliyyat hadisəsi

29.06.2018

İyunun 29-da saat 10 radələrində Qax rayonunun Tanqıt kəndi ərazisində Zaqatala rayon sakini İlkin Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Qaratala kənd sakini Fəxri Məmmədlinin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşmuş, sonradan “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılmışdır. Nəticədə İ.Əliyev hadisə yerində ölmüş, 3 sərnişin xəstəxanaya yerləşdirilmiş, onlardan Rəhilə Mikayılova orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.  

29.06.2018 tarixinə olan kriminal məlumatlar