Lerik rayon sakini M.Ağayevin meyiti Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında tapılmışdır
29.06.2018İyunun 29-da Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyiti Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılmışdır.
M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.