Kəpəz rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.06.2018İyunun 29-da saat 22 radələrində Kəpəz rayonu ərazisində Gəncə şəhər sakini Kamran Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Vidadi Quliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.