Gün ərzində 103 cinayət faktı qeydə alınmışdır
22.06.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılmışdır.