Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Pul dəyişmək üçün saxta əskinas vermiş Zabrat qəsəbə sakini Kamal Fərziyev saxlanılıb

22.06.2018

İyunun 22-də saat 19 radələrində Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gəliblər. Müəyyən edilib ki, banka gəlmiş naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil verilib. Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib.