Kürdəmir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
22.06.2018İyunun 22-də saat 15 radələrində Kürdəmir şəhəri ərazisində Yenikənd kənd sakini Bəylər Abduləhədov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Aran qəsəbə sakini Şakir Zərbəliyevin idarə etdiyi “Muravey” markalı motosikletə vurmuşdur. Nəticədə Ş.Zərbəliyev və sərnişini, həmyerlisi Qardaşəli Rüstəmov xəstəxanaya yerləşdirilmiş, Q.Rüstəmov orada ölmüşdür.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.