Şirvan şəhər sakini Abbas Abbasovu bıçaqla qətlə yetirmiş Əziz İbadov saxlanılmışdır
22.06.2018İyunun 22-də Şirvan şəhəri ərazisində şəhər sakini Əziz İbadov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Abbas Abbasovu bıçaqla qətlə yetirmişdir.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.İbadov saxlanılmışdır.