Bakı şəhər sakini Ələsgər Dadaşovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılmışdır
22.06.2018Mayın 29-da Bakı şəhər sakini Ələsgər Dadaşovun üzərində zorakılıq əlamətləri olan meyitinin Binəqədi rayonu ərazisindəki mənzilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Səfər Əliyev saxlanılmışdır.