Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğuz rayonunun Ərmənət kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşovdan ov tüfəngi və patron aşkar edilərək götürülüb

22.05.2018

Oğuz Rayon Polis Şöbəsinə 2 nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub. 

Dərhal görülmüş tədbirlərlə həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə “Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.
Oğuz RPŞ-də araşdırma aparılır.