Beyləqan rayonunun Dünyamalılar kəndində yol-nəqliyyat hadisəsi
22.05.2018Mayın 22-də saat 11 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində Astara rayon sakini Murad Muradov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurmuş və idarəetməni itirdiyindən avtomobil aşmışdır.
Nəticədə M.Muradov və sərnişinlərindən - həmyerlisi Toğrul Babayev hadisə yerində ölmüş, digər sərnişini xəstəxanaya yerləşdirilmişdir.